Friday, April 25, 2014

Web ve Desktop proqramlar. Umumi melumat.

Leave a Comment
Salam.

Bugün vebin quruluşundan danışacağıq. Hal-hazırda internet bizi əhatə edən hər sahədə geniş istifadə olunmaqdadır. Təbii ki, bunun nəticəsi olaraq əvvəllər istifadə etdiyimiz desktop proqramları artıq veb üzərindən yazılır və insanların istifadəsinə verilir.

       Qeyd:
  1. DESKTOP PROQRAMLAR - kompyuterinizə yüklədiyiniz proqram təminatı. Məs. MS Word, MS Excel və s yükləmə tələb edən proqramlar.
  2. VEB PROQRAMLAR - kompyuterinizə yüklənməsi lazım olmayan, şəbəkə (internet) üzərindən istifadə etdiyiniz proqramlar. Məs. Microsoft office onlayn versiyası (www.office.com) və ya hər hansı veb sayt (adətən veb sayt əvvəllər statik kontentli səhifələri adlandırırdılar, indi dinamik veb səhifələri ümumi olaraq veb tətbiq adlandırmaq olar).

İnternet inkişaf etdikcə Veb tətbiqlərin sayı və populyarlığı sürətlə artmağa başladı. Veb proqramlar desktop proqramlardan daha sərfəli sayılırlar. Məs. bir şirkətin 1000 işçisi var və gündəlik bir proqramla iş görürlər. Köhnə desktop proqramları olsa idi, 1000 istifadəçinin kompyuterinə 1000 ayrı proqamı yükləmək və bu proqramlara nəzarət etmək çox resurs və vaxt tələb edirdi. Eyni məsələyə veb proqram tərəfdən nəzər yetirək: 1000 işçi üçün 1 proqram təminatı yazılır və şirkətin daxili veb serverində yerləşdirilir. Hər bir işçi brauzer vasitəsi ilə proqrama daxil olur, öz istifadəçi adını və şifrəsini daxil edərək öz iş kabinetinə daxil olur. Hazırda istifadə etdiyimiz saytların əksəriyyətində loqin+şifrə istifadə olunur. İstifadəçini şifrəyə və istifadçi adına görə tanınması AUTENTİFİKASİYA adlanır.

Qısaca veb tətbiqin istifadə etdiyimiz saytlar (!) olduğunu anladıq. Və veb proqramlara şəbəkə (internet) üzərindən daxil olmaq üçün URL adresi brauzerin adres xanasına daxil edirik.

       Qeyd:
            URL - Uniform Resource Locator (resursun yerini təyin edən).

URL adresin ümumi görünüşü:

1 - protokol adı. Burada HTTP (Hypertext Transfer Protocol) protokolu göstərilib. Protokollar çoxdur, HTTP sırf HTML resurların ötürülməsi üçün istifadə olunur. Vebdə araşdıracağımız bu protokol olacaqdır.
2 - Domen adı. Veb serverin yerləşdiyi İP-yə qarşılıq verilən domen adı
3 -  Domen
4 - Hər hansı qovluq (əgər varsa)
5 - Sorğu ilə müraciət etdiyimiz faylın adı
6 - Sorğu ilə müraciət etdiyimiz veb serverdə ümumi faylın yolu

Belə, bunları yadımıza saldıq. Növbəti yazıda web proqramın işləmə prinsipinə baxacağıq, klient-server arxitekturası və istifadə olunan dillər haqqında ümumi qısa məlumat alacağıq.

Hələlik..

0 comments:

Post a Comment